Ölkə

Xaçmaz şəhərində “Abad məhəllə” istifadəyə verilib – FOTOLAR

Xaçmaz şəhərində “Abad məhəllə” istifadəyə verilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən 62, 62a və 64 saylı binaların həyətində salınan “Abad məhəllə” istifadəyə verilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə söhbətgah və oturacaqlar qoyulub, uşaq-əyləncə və idman qurğuları quraşdırılıb, yeni yaşıllıqlar salınıb.
Nümunəvi məhəllədə sakinlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini səsləndirib, xoş arzularını çatdırıb.
Sevinc
7Times.az