Xaçmaz

Xaçmazda 44 günlük Vətən müharibəsi şəhidlərindən olan Məmmədov İkram Ehtiram oğlunun şəhadətinin ildönümü qeyd edilib – Fotolar 

Xaçmazda 44 günlük Vətən müharibəsi şəhidlərindən olan Məmmədov İkram Ehtiram oğlunun şəhadətinin ildönümü qeyd edilib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xaçmazda 44 günlük Vətən müharibəsi şəhidlərindən olan Məmmədov İkram Ehtiram oğlunun şəhadətinin ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilmişdir.

7times.az xəbər verir ki, Anım mərasimində Xaçmazdan, Qubadan, Şabrandan olan şəhid anaları, qazilər, mədəniyyət işçiləri, şəhidin yaxınları, təhsil aldığı orta məktəbin şagirdləri və müəllimləri iştirak edirdilər.
Tədbirdə şəhidin keçdiyi döyüş yolundan bəhs edilmiş və bu mövzuda məktəblilər şeirlər səsləndiriblər.
Şəhidin şəhadətinin ildönümü ilə bağlı məzarı ziyarət olunub, ruhuna dualar edilib.

Qeyd eldək ki, İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub.
0, 13 iyul 2020-ci ildə Xaçmaz rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.
Hərbi xidmətə Gəncə şəhərində yerləşən ”N” saylı hərbi hissədə başlayıb. Hərbi andı qəbul etdikdən sonra Qazax rayonunda yerləşən ”N” saylı hərbi hissədə xidmətini davam etdirib.
Vətən müharibəsi başlayanda gənc əsgər olmasına baxmayaraq könüllü olaraq döyüşlərə qatılıb.

İkram Məmmədov oktyabrın 13-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən ən ağır döyüşlərdə bir neçə silahdaşları ilə birgə yanlarında minaatan mərmisi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xatırladım ki, İkram itkin düşmüş bir neçə hərbi qulluqçudan biri idi. O, şəhid olmasından üç ay sonra 13 yanvar 2021-ci ildə doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Məmmədov İkram Ehtiram oğlu (ölümündən sonra) ”Vətən uğrunda”, ”Igidliyə görə”, ”Füzulinin azad olunmasına görə” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Müşfiq Qərib