Xaçmaz

Xaçmazda biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşədə yanğın söndürülüb

Xaçmazda biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşədə yanğın söndürülübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Aslanoba kəndində yerləşən biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən 7Times.az-a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə və digər əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2ha biçilmiş taxıl sahəsi və 1ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi və ətrafdakı əkin sahələri yanğından mühafizə olunub.