Manşet

Xaçmazda bu yol bağlanacaq, yeni körpü tikiləcək – RƏSMİ AÇIQLAMA / FOTOLAR

Xaçmazda bu yol bağlanacaq, yeni körpü tikiləcək – RƏSMİ AÇIQLAMA / FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz-Xudat yolunda Qudyalçayın üzərindən keçən körpüdə yaranan nasazlıq səbəbi ilə nəqliyyat qovşağının yenidən inşa olunmasına qərar verilib. Bu səbəbdən yaxın günlərdə həmin yolda hərəkət məhdudlaşdırılacaq.

Bunu 7times.az-a açıqlamasında AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O qeyd edib ki, Xaçmaz-Xudat yolunda Qudyalçayın üzərindən keçən körpü artıq istismar müddətin bitirib və nəqliyyat qovşağı istifadəyə yararsız duruma düşüb. Bu məqsədlə yaxın müddət ərzində həmin körpünün yenidən inşa edilməsi üçün dövlət tərəfindən vəsait ayrılacaq.Tikinti işləri səbəbi ilə həmin yolda hərəkət məhdudlaşdırılacaq.