Ölkə

Xaçmazda çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib – FOTOLAR

Xaçmazda çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Xaçmaz rayonunda silsilə tədbirlər keçirilib.
Əvvəlcə Xaçmaz rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli şəkildə yolasalma mərasimi təşkil olunub. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, SHXÇDX-nin rəhbər heyəti, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti, valideynlər və digər qonaqlar iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, hərbi sirləri və texnikanı dərindən mənimsəməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib.
SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov çıxışında müharibə dövründə gənclərin nümayiş etdirdiyi vətənpərvərlikdən, çağırışçıların fiziki və psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində görülən işlərdən danışıb. O, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı geniş məlumat təqdim edib.
Daha sonra SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əsədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə ətraflı məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri də çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib.