Hadisə

Xaçmazda əmisi tərəfindən bıçaqlanan polis rəisinin atası HƏBS EDİLDİ

Xaçmazda əmisi tərəfindən bıçaqlanan polis rəisinin atası HƏBS EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayının 24-də əmisi tərəfindən bıçaqlanan Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəylinin atası Aydın Əsgərbəyli həbs edilib.

7times.az xəbər verir ki, hadisə avqust ayının 24-də Xaçmaz rayonunda baş vermişdi. Əliağa Əsgərbəyli münaqişə zəmnində öz əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanmışdı.

Hadisədən sonra o özünü güllələyərək intihar etmişdi. Əliağa Əsgərbəyli hazırda xəstəxanada müalicə alır, vəziyyəti kafidir.

Əliağa Əsgərbəyli avqustun 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.

7times.az