“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirilib
Xaçmaz Rayon Icra Hakimiyyətində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən danışıb. Bu sahə də hüquq-mühafizə orqanlarının fəaliyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır.
Sonda iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən bukletlər paylanılıb.
![](https://7times.az/public/cloud/2025/02/seventimes_f3ffceb9f4b6009b388d6857390c058b_ew6gz7hsxfc1yujk850n.jpg)
![](https://7times.az/public/cloud/2025/02/seventimes_611b8ac05c62963ca30ca418fb03c716_6g0ow3zxhjlvu21f8tec.jpg)
![](https://7times.az/public/cloud/2025/02/seventimes_985442656af2b920a60a8fa2379d68f4_xwvp4sr0l5uznhtac312.jpg)
![](https://7times.az/public/cloud/2025/02/seventimes_62feb332427b27571a5fe4b7427b4a41_70hm1vwaq6frlp9tgzou.jpg)
![](https://7times.az/public/cloud/2025/02/seventimes_e7baf070d9d411e0fa0f7cd865f253f5_8rnshe0vfi36q9yuz271.jpg)