Xaçmaz rayonunda Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə könüllü qanvermə aksiyası təşkil edilib.
Səhər saatlarından başlayaraq sakinlər gün ərzində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşaraq qan veriblər.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Əvvəlcə həkimlər tərəfindən hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.