Xaçmaz

Xaçmazda sahibsiz it insanlara hücum edib

Xaçmazda sahibsiz it insanlara hücum edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Xaçmazda sahibsiz it insanlara hücum edib

Xaçmazda sahibsiz it dörd nəfəri dişləyib.

7Times.az AZƏRTAC-a istinadən  xəbər verir ki, hadisə may ayının 30-da rayonunun Qaraçay-cek kəndində baş verib.

Sahibsiz it bir ailənin üzvü olan kənd sakinləri – 68 yaşlı Gülçöhrə, 67 yaşlı Səccarə və 24 yaşlı Novruz Nuriyevlərə, həmçinin qonşuluqda yaşayan 37 yaşlı Leyla Poladovaya hücum edib.

İt dişləyən kənd sakinləri dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və müvafiq müalicə kursu təyin edilib.

Quduz olması ehtimal olunan it kənd sakinlərinə məxsus başqa üç itə və toyuqlara da hücum edib. Həmin it kənd sakinləri tərəfindən öldürülüb.

Xaçmaz rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssislərinin iştirakı ilə it basdırılıb, ərazi dezinfeksiya edilib. Həmin itin xəsarət yetirdiyi digər itlərə də quduzluq əleyhinə vaksin vurulub.