Region

Xaçmazda şəhid Ehtiram Heydərovun xatirəsi anılıb – Fotolar

Xaçmazda şəhid Ehtiram Heydərovun xatirəsi anılıb – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Xaçmaz rayonunun Uzunoba kəndindən olan Ehtiram Heydərovdur.

7times.az xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Daha sonra şəhidin ailəsini evində ziyarət edərək, ailə üzvlərinə mənəvi dəstək olublar.

Qeyd eldək ki, Heydərov Ehtiram Şahin oğlu
5 mart 2000-ci ildə Xaçmaz rayonunun Uzunoba kəndində doğulub. Azərbaycan Ordusunun əsgəri olan Ehtiram Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi döyüşüb. O, 4 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
15 oktyabr 2020-ci ildə doğulub boya-başa çatladığı Xaçmaz rayonunun Uzunoba kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ehtiram Heydərov (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” , ”Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Müşfiq Qərib