Ölkə

Xaçmazda sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlərlə görüş keçirilib – FOTOLAR

Xaçmazda sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlərlə görüş keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək bal toplayan müəllimlərlə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xaçmaz İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müəllimləri qazandıqları uğur münasibəti ilə təbrik edib, Azərbaycan müəlliminin keçdiyi uzun və şərəfli yoldan danışıb.

Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin nəticələri barədə məlumat verib.
Qeyd edib ki, Xaçmaz rayonu üzrə 343 müəllim imtahanlarda iştirak edib. Onlardan 128 nəfəri 50 baldan yuxarı toplayıb. 54 müəllimin imtahan nəticələri 55 baldan yüksək olub. Müəllimlərdən 25 nəfəri 55, 13 nəfər 56, 4 nəfər 57, 3 nəfər 58, 6 nəfər 59, 3 nəfər isə ən yüksək nəticəni göstərərək 60 bal toplayıb.