Xaçmaz

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz şəhərindəki tikinti meydançalarından birində gözətçi işləyən Sumqayıt sakininin meyiti tapılıb.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, 61 yaşlı İsmayıl Bəxtiyar oğlu Əliyevin meyiti gözətçi otağında aşkar edilib.

Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib. İsmayıl Əliyevin ölüm səbəbi açıqlanmır. İlkin ehtimala görə, o, ürək xəstəliyindən dünyasını dəyişib.

Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.