Xaçmaz

Xaçmazda taxıl sahələrindən 63 min tondan çox məhsul toplanıb

Xaçmazda taxıl sahələrindən 63 min tondan çox məhsul toplanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimal regionunun əsas taxılçılıq rayonlarından olan Xaçmazda taxıl biçini yekunlaşmaq üzrədir. Bu günədək sahələrdən 63 min tondan çox məhsul yığılıb. Rayonda biçin prosesinə 60 kombayn cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunda bu ilin məhsulu üçün 20 min 274 hektar sahədə taxıl əkilib. Bunun 13 min 723 hektarı buğda, 6551 hektarı isə arpa sahələridir.

Xaçmazlı təsərrüfatçılar əsasən “Əzəmətli-95”, “Qobustan”, “Bezos” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Bu sortların əkildiyi sahələrin hər hektarından 34-35 sentner məhsul əldə olunur.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, 2022-ci ildə rayonun taxıl sahələrindən 70 min 22 ton məhsul toplanıb.