Ölkə

Xaçmazda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının XI konfransı keçirilib – FOTOLAR

Xaçmazda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının XI konfransı keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının XI konfransı keçirilib
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın ötən dövr ərzində gördüyü işlər, rayonda həyata keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib.
Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli fəaliyyət yolundan, ölkəmizin hərtərəfli inkişafındakı müstəsna rolundan bəhs edib. Elnur Rzayev çıxışında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi nailiyyətlərə, o cümlədən 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük Zəfərə toxunub. Xaçmaz rayonunda son illər həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, infrastrukturun yenidən qurulmasından və sosial layihələrin uğurla icra olunmasından bəhs edən icra başçısı bu uğurların məhz Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı olan dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyasının ölkə miqyasında keçdiyi şərəfli inkişaf yolundan, partiyanın cəmiyyətimizin aparıcı siyasi qüvvəsinə çevrilməsindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının hər zaman xalqın dəstəyinə arxalandığını və milli maraqların qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov öz növbəsində rayon təşkilatının fəaliyyətini təhlil edərək qarşıda duran vəzifələrdən və partiya quruculuğu istiqamətində həyata keçirilən islahatlardan danışıb.
Konfransda çıxış edən digər natiqlər də YAP-ın ölkəmizin hərtərəfli inkişafında, cəmiyyətimizin həmrəyliyinin təmin edilməsində və dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətlərini xüsusi vurğulayıblar.
Sonda YAP Xaçmaz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.