Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov vəfat edib.
“7Times.az” xəbər verir ki o, kəskin ürək çatışmazılığı səbəbilə həyatını itirib.
Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 13.09.1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb. 2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.
Follow @7timesaz