Ölkə

“Xalqımızın qəlbi hər zaman qələbə ilə döyünür” – Ziyalı mövqeyi

“Xalqımızın qəlbi hər zaman qələbə ilə döyünür” – Ziyalı mövqeyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rus sülhməramlıları sərhəddə nəyə görə dayandıqlarını bilmirlər…”

 

“Əlimdə imkan olsaydı, səhhətim yol versəydi, mən də gedib qəhrəmanlarımızın cərgəsində dayanardım. İnanın Allaha! Ordan gələn xəbərləri böyük həyəcanla izləyirəm. Ziyalılarımızın, jurnalistlərimizin qəhrəmanlığı məni vəcdə gətirir. Amma bilmirəm bu işlərin axırı necə olacaq?! Düşmənlərimiz bizim qələbəmizə kölgə salmaq istəyir. Bu insanların əlində heç bir silah yoxdur. Bu tam sivil qaydada təşkil olunan aksiyadır. Onların məqsədi sadəcə sülhməramlıların mühafizə etdiyi ərazilərdə nələrin baş verdiyinin şahidi olmaqdır. Onlar bu qanunsuzluqları bütün dünyaya bəyan etmək üçün ordadırlar”.
Bunu 7Times.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. O, daha sonra əlavə edib.
“Aksiyalarda Azərbaycan mahnıları, muğamları səsləndirilir. Hətta mən izləyəndə bir cavan uşaq da çıxıb muğamımızı oxudu. Allah onu qorusun. Bunu böyük sevinclə izləyirik. Bizim xalqımızın qəlbi hər zaman mahnı ilə, qələbə ilə döyünür. Rus sülhməramlıları bizim vətəndaşların qarşısında heykəl kimi dayanıblar. Onlar özləri də başa düşmür ki, niyə orada dayanıblar?! Onların gözündə, üzündə heç bir şey ifadə olunmayıb. Robota oxşayırlar. Hər kəs Andrey Volkovun əraziyə gəlməsini, açıqlama verəcəyini gözləyir. Bu nə tilsimdirsə, başımızın üstündən keçmir. Ermənilər orada qızıl yataqlarını 30 il özününküləşdirib, istifadə ediblər. Həmin o qızıldan İsveçrədə saatlar, zinət əşyaları hazırladıblar. Bu məxluqların gözləri doymur, onlara inanmaq olmaz. Ermənistan üçtərəfli görüşdə imzalanan müqavilənin bütün bəndlərini pozub” deyə sənətkar bildirib.