Ölkə

Xankəndidə inventarlaşdırılan obyektlərin sayı AÇIQLANDI

Xankəndidə inventarlaşdırılan obyektlərin sayı AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb.

 

7Times.az  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

 

Hesabatda bildirilir ki, azad edilən ərazilədə ümumilikdə 7.7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb.

 

Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər ORGIS-a daxil edilib.