Ölkə

Xankəndidə sülhməramlılara qarşı ETİRAZ AKSİYASI: “Ruslar bizi satdı”

Xankəndidə sülhməramlılara qarşı ETİRAZ AKSİYASI: “Ruslar bizi satdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarına qarşı etiraz aksiyası keçirir.

 

7Times.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

“Qarabağda yaşayan ermənilərin sürü olmadığını göstərmək üçün etiraz yürüşü keçirəcəyik”, – erməni sakinlərdən biri deyib.

 

Aksiya Xankəndidə təşkil olunub. Hazırda Rusiya əleyhinə şüarlar səsləndirilir. Etirazçıların fikrincə, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmir.

 

Separatçıların nümayəndələri Rusiya hərbçilərinin Xankəndidən çıxarılması tələbini irəli sürüblər. “Ruslar bizi satdılar. İndi bizdə onların getməsini tələb edirik” – etirazçı ermənilər bildiriblər.

 

Qeyd edək ki, ötən həftə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri dəyişdirilib. Belə ki, Rusiya müdafiə naziri general-polkovnik Aleksandr Lentsov Andrey Volkovla əvəzləyib.

Modern.az