Ölkə

Xaricdə olan vətəndaşın Gəncədəki evini soydular

Xaricdə olan vətəndaşın Gəncədəki evini soydularbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaricdə yaşayan vətəndaşın Gəncə şəhərindəki evini soyublar. 

Oxu.Az-ın məlumatına görə, naməlum şəxs (şəxslər) vətəndaşa məxsus evə qeyri-qanuni yolla daxil olaraq oradan 39 000 manat nağd pul, 10 000 manat dəyərində qab-qacaq, məişət avadanlıqları və 5500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb.

Qeyd edək ki ev sahibi uzun müddət xaricdə olduğundan oğurluq hadisəsinin nə vaxt törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.