Sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 7times.az–a verilən məlumata görə, sentyabrın 30-da şimal-şərq küləyi əsəcək, arabir 15-18 metr/saniyəyədək güclənəcək.
Sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Follow @7timesaz