İspaniya millisinin müdafiəçisi Xesus Navas yığmasının heyətində dünya və Avropa çempionatları tarixində meydana çıxan ən yaşlı futbolçusu olub.
7Times.az xəbər verir ki, 38 yaşlı (216 gün) futbolçu AVRO-2024-ün qrup mərhələsinin III turunun Albaniya ilə görüşündə bu göstəriciyə imza atıb.
O, bu göstəricidə 2006-cı il dünya çempionatında Səudiyyə Ərəbistanı ilə keçirilən matçda “buğalar”ın heyətində meydana çıxan Santyaqo Kanisaresi (36 yaş 248 gün) geridə qoyub.
Follow @7timesaz