Maqazin

Xəyanət haqqında ən yaxşı 8 filim

Xəyanət haqqında ən yaxşı 8 filimbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəyanət haqqında ən yaxşı 8 filim. İstənilən yalan gec və ya tez üzə çıxır. Bu sadəcə vaxt məsələsidir. İstənilən sistem ideal deyil. Bu sistemə bir yalan müdaxilə edərsə, onun idealığından ümumiyyətlə söhbət gedə bilməz. Xəyanət insanlıq tərəfindən kəşf edilən ən çox acı verən yalanlardan biridir. Burda kimin xəyanət eməyi önəmli deyil – kişi qadına, qadın kişiyə. Ailədə xəyanətlə bağlı cins fərqliliyi olmur. İlk baxışdan tərəflərin birinə xəyanət uduşlu variant kimi görünsədə, əslində hər zaman uduzan tərəf üç nəfər olur: aldadan, aldadılan, istifadə olunan.

Ümumiyyətlə isə məşuq və məşuqə rolunda olan insanlar çox nadir hallarda qarşılığında nəyəsə nail ola bilir və nəsə əldə etmiş olurlar. Bir müddətdən sonra sadəcə unudulur və lazımsız halda tərk edilirlər. Əlbətdəki, xəyanət haqqında olduqca çox danışmaq mümkündür. istənilən tərəfi günahlandırmaq mümkündür. Ancaq bu gün bis sizə müəyyən qədər estetik xoş anlar keçirməyi və məşuqlar, xəyanətlər haqqında dövrünün ən maraqlı filimlərini diqqətinizə çatdırmaq istərdik.

Ölümcül cazibə — 1987

Adrian Lynenın sevgi haqqında olan ekran işi Den Qalleqr adlı hüquqşunasın xəyanəti və bağışlanması barədədir. O gənc xanımı Beti və qızı Elleni sevir. Beti qızı ilə anası gilə istirahətə getməmişdən öncə bu ailənin həyatında hər şey çox gözəl və rahat idi. Ancaq məzuniyyət zamanı Denin özünə ayırmağa birneçə günü yaranır. Nəticədə hüquqşunas zamanını evdə televizor qarşısında keçirmək istəmir. O cazibədar Aleks Forrestlə tanış olur və boş vaxtlarını onun qollarında keçirməyi qərarlaşdırır.

Denin heç ağlına belə gəlməzdi ki, əyləncə xətrinə olan münasibətlər sonradan qlobal problemə çevrilə bilər. Məşuqəsi Aleks əsl sevgi manyakıdır. Var gücü ilə Dendən əl çəkmək istəmir.

Qadın ailəni izlməyə başlayır və hər cəhtlə onu özünə qaytarmağa çalışır. Nəticə necə olur? Michael Douglas, Glenn Close və Anne Archer unudulmaz əsər yarada bilmişlər.

Sonradan görən — 1999

Thomas R. Perrottun eyni adlı romanı əsasənda çəkilmiş ekran işi. Filmin sujeti yuxarı sinif şagirdi Treysi Flik, onun müəllimi Jim MacAlisterom və məktəbdə baş tutacaq prezident seçkiləri ətrafında dövr edir. İlk baxışdan elə gəlir ki, bu yeniyetmələr üçün komedik bir sujetdir. Ancaq, hər şey bu qədər asan deyil və filmi ciddi psixoloji dram kimi qiymətləndirmək mümkündür. Terysi yekəxana və hər şeyə hazır olacaq bir qızıdır. Fikri yalnız istənilən yolla istəyinə çatmaqdır. Və qız öz müəllimindən istifadə edərək prezident vəzifəsinə yiyələnmək istəyində olur.

Bunun üçün o müəlliminin ağlını başından almaq istəyir. Nümunəvi ailə insanı Jimlə bir müddət yaxın olmaq istəyir. Yazıq MacAlister həqiqətəndə elə düşünür ki, qızcığaz ona vurulub. Qısa müddətli münasibətlər,  bir neçə günlük ehtiras, müəllimin ailəsindən ayrılmasına, işsiz qalmasına səbəb olur. Qız isə istəyinə çatır. Filmin əsas qəhrəmanlarını Matthew Broderick və Reese Witherspoon canlandırmışlar.

Yalan nələri gizlədir — 2020

Robert Zemeckisin mistik trilleri ən ağlagəlməz düşüncələri belə oyada bilir. Filimdə nə qorxunc məxluqlar var, nə televizordan çıxan ölü insanlar, nə ruhlar, nədə qan izləri var. Burda sadəcə hər şey psixikaya hesablanıb. Filimin əsas qəhrəmanı professor Norman Spenser, onun həyat yoldaşı Kler və gənc universiteti tələbəsi medison Frenk hesab edilir. Norman və Klerin qızı kollecə yollandıqdan sonra cütlük tək qalmalı olur.

Zamanla Kler yuxularını qarışdırmağa başlayır, qorxulu yuxular görür. Bütün bunlar qonşuları ilə davadan və təsadüf nəticəsində cinayətin şahidi olduqdan sonra baş verir. Əslində isə bunlar yuxu deyil. Onların evlərində bir il öncə öldürülər qızın ruhu dolaşır. Sən demə illər öncə Norman həmin qızla xəyanət edibmiş. Sual yaranır: professor razılığa gələ biləcəyi halda tələbə qızı niyə öldürsünki?

Hadisələr mənfi sonluqla yekunlaşır. Norman öz həyat yoldaşını öldürməyə cəht göstərərkən özü ölür. Harrison Ford,  Michelle Pfeiffer, Diana Scarwid, Miranda Otto və Evangeline Valletta sayəsində film unudulmazdır.

Məni unutma — 2003

İtalyan komedik melodrama Gabriele Muccinonun işidir. Karlo Ristuççiya darıxdırıcı mühasib işində çalışır. O kitab yazmaq arzusunu çoxdan buraxıb. Xınımı Karlo Juliya müəllimə işləyir. Onun isə arzusu kinokaryera il bağlıdır. Yeniyetmə qızları Valentina teleşouda görsənmək üçün istənilən işə razılıq verməyə hazırdır. Oğlanları Paolo isə nəşə çəkir və sevdiyi qızla birlikdə olmağı arzulayır. Bir sözlə orta statistik italiya ailəsi.

Günlərin bir günü gündüz, Karlo hər şeydən bezir və növbəti dəfə ailəsi ilə dalaşır. Öz gənclik illərindəki sevgisi, Alessiya ilə rastlaşır. Qadın onun üçün təkcə ağlamaq üçün yaylıq rolunu oynamır, həmdə məşuqəsi olur.

Həyat gözlənilmədən yaxşı tərəfə dəyişir. Ancaq buna dəyərmi? Filim həddindən artıq inandırıcı, maraqlı alınır. Gözəl məşuqə rolunu Monica Bellucci, aşiq obrazını isə Fabrizio Bentivoglio canlandırır.

Yaxınlıq — 2004

Mike Nicholsun psixoloji dramı Patrick Marberin eyni adlı əsəri əsasında hadisələrin 4 nəfər arasında anlaşılmazlıq haqqında çəkilmişdir. Uğursuz gənc yazıçı Den gözəl bar rəqqasəsi Elisə vurulur. Elis  qazanc üçün Londona gəlmişdir. Gənclərin ilk görüşü intim yaxınlıqla başlayır. Bununla yanaşı Denin ağlına kitab yazmaq fikri gəlir. Kitabı yeni rəfiqəsinin yaşadıqları hadisələrdən ilhamlanaraq yazmaq istəyir.

Yazıçı öz yeni rəfiqəsini istəsədə istedadlı fotoqraf Anna ilə xəyanət etmək qərarına gəlir. Anna isə bu müddət ərzində biraz qəribə görünən ağır xasiyətli Larri ilə görüşür.

Hər şey qarışıqdır. Kimin kimlə, harda, necə olduğunu müəyyən etmək qəlizdir. Bir sözlə hər bir cütlük xəyanət etmiş olur. Son nəticədə isə hamı dağılır və öz yoluna davam edir. Filimdə rolları Julia Roberts, Natalie Portman, Jude Law və Clive Owen ifa etmişlər.

Xəyanətin dəyəri — 2005

Yenədə triller. Bu dəfə söhbət adi reklam agenti kimi işləyən Çarlis Çayndan söhbət gedir. O çox adi, maraqsız həyatla yaşayır. Hər günü dünənə bənzəyir. Orta məktəb müəlliməsi Diana ilə evlidir, şəkər xəstəsi olan qızı Emini tərbiyə edir. Bir gün qızı ilə qalmalı olduğundan qatara gecikir və növbəti qatarı gözləməli olur.

Bu gün Çalisin yadından uzun müddət çıxmayacaq. Məhs gecikməyə görə o Lyusinda ilə tanış olur. Xanım Çarlisin əvəzinə biletin pulunu ödəyir. Onların filirtləri ilk başdan təhlükəsiz görünsədə, sonrada daha da dərinləşir. Bir gün oteldə tək qalan cütlüyün otağına oğru girir, Çarlisi döyür, Lyusindanı zorlayır. Nəticədə həyat tamamilə dağılır. Clive Owen, Vincent Cassel, Jennifer Aniston və Melissa George – iştirakı ilə çəkilən bu filmə tamamı ilə qərq olacaqsınız.

Başqa qadın — 2014

Axırki komediya. Karli Vitten – uğurlu hüquqşunast, özgüvəni olan, cazibəli qadın. Mark Kinq – ailəli investor. Keyt Kinq Markın evdar xanımı. O sadəlövdür, inanandır və evdardır. Karli və Mark artıq 2 aydır görüşürlər. Keyt isə heçnədən şübhələnmir. Ancaq bütün yalanların nə zamansa üstü açılır. Qadın ərinin xəyanətindən xəbərdar olur və Karli ilə danışmaq istəyir. Söhbət əsnasında aldadılmış xanımlar anlayırlar ki, Markın başqa aldatdığı qadında var.

Beləliklə hər üçün qadın birləşməyi qərara alıb əvəz çıxmaq istəyirlər. Lakin, gedişatda daha çox şey örgənirlər. Baş rollarda  – Cameron Diaz, Katherine Upton, Leslie Mann və Nikolaj Coster-Waldau.

Qatardakı qız — 2016

Tate Taylorun dramatik trilleri Paula Hawkinsin eyni adlı romanı əsasında çəkilmişdir. Baş qəhərman Reyçel Uotson. Onun qəlbini əri sındırıb. Nəticədə o zamanla zərbələr alır, işini itirir, dostlarından uzaqlaşır, gözlərdən yayınmağa çalışır. Hər gün Reyçel şəhərə getmək üçün qatarla uzun müddətli yol getməli olur. O öz köhnə evinin qarşısından keçir, həyatının xoş günlərini xatırlayır. İndi həmin evdə əri, yeni qadın və uşaq yaşayır.

Xəyanəti və ağrını unutmağa çalışan Reyçel qonşuluqda yaşayan cavan cütlüyü izləməyə başlayır. Bir gün qonşuda nələrinsə baş verdiyini hiss edir, səhəri isə sərxoş vəziyyətdə yuxudan oyanır. Dünənki gecəni xatırlamır. Reyçel öz araşdırmalarına başlayır. Həmin gün nə baş verdiyini anlamağa çalışır. Hadisələr çox qarışıqdır. Justin Therouxdən nə desəz gözləmək olar. Emily Blunt isə onun xanımı rolunu oynayıb.

topmister