Münaqişə

XİN-dən Şəmkir və Bərdənin atəşə tutulması ilə bağlı AÇIQLAMA

"Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək".

XİN-dən Şəmkir və Bərdənin atəşə tutulması ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 Oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur.

Bu barədə 7times.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.

Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi “yeni ərazilər əldə etmək üçün yeni müharibə” taktikasını həyata keçirməyə çalışır.

Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcəkdir. Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür.