Ölkə

Xudat CITY FA mövsümə böyük hesablı qələbə ilə başladı

Xudat CITY FA mövsümə böyük hesablı qələbə ilə başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün ilk oyunları keçirilib.

“7Times.az” xəbər verir ki,I turun oyunları çərçivəsində bu gün B qrupunda yer alan Şimalın ilk akademiyası sayılan Xudat CITY FA, Cəngi FK (Bakı) komandasının qonağı olub.

Oyun “Şəfa” stadionunda baş tutub.

Xudat komandası bu oyunda 0:7 hesabı ilə qalib gəlib.

Qolları rəqib qapısından İbad Zaidov (3 qol), Saleh Mehdiyev (1 qol), Rasim Nurəhmədov (1 qol), Rizvan Osmanov (1 qol) və 1 avtoqol rəqib komanda tərəfindən vurulub.