Region

Xudavəngdə iki post olacaq

Xudavəngdə iki post olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.

7times.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.

O bildirib ki, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri haqda razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar və bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.

Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır və Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. qafqazinfo