Tanınmış müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi hicabsız şəkillərindən danışıb.
Sfera.az xəbər verir ki, bu barədə Şuşalı qonaq olduğu ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda bildirib.
Xuraman hicabsız şəkillərinə münasibət bildirərkən “Müğənniyəm, səhnə bunu tələb edirdi” deyib:
“Hicabsız fotolarımı sildirirəm. Sildirə bildiklərimi sildirdim. Amma qalanlar qalıb. Pulla da həll olunacaq iş deyil. Pulu ödəsəm də, başqası yükləyəcək və buna biznes kimi baxacaqlar. Keçmiş keçmişdə qaldı”.
Ətraflı süjetdə: