“Transfermarkt” portalı “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamalın yeni transfer qiymətini açıqlayıb.
7Times.az xəbər verir ki, gənc cinah hücumçusunun bazar dəyəri 30 milyon avro artaraq 180 milyon avroya çatıb.
Yamal 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm “blauqrana”nın forması ilə 21 matça çıxan son Avropa çempionu bu qarşılaşmalarda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda 38 xalı olan İspaniya nəhəngi La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Fanat.Az
Follow @7timesaz