İdman

“Yamalın solaxay olduğunu bilsək də…” – Antuan Qrizmann

“Yamalın solaxay olduğunu bilsək də…” – Antuan Qrizmannbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millisinin hücumçusu Antuann Qrizmann futbol üzrə Avropa çempionatının dünən baş tutan yarımfinalında İspaniyaya uduzaraq (1:2) turniri tərk etmələrinə münasibət bildirib.

7Times.az xəbər verir ki, TF1 onun sözlərini belə çatdırıb:

“Bizdə müdafiə planında möhkəmlik çatmadı. Rəqib daha yaxşı idi. Bilirdik ki, onlar uzaqdan yaxşı zərbələr vururlar və məhz belə bir qol buraxdıq. Yamalın solaxay olduğunu bilsək də, onun qarşısını ala bilmədik. Yamalın qolu bizi kəsdisə, bundan 4 dəqiqə sonra qapımızdan keçirilən top sarsıdıcı oldu. Bu, futboldur, biz uduzduq. Ancaq böyük komandaya – İspaniyaya yenildik. Hər hansı bəraətimiz yoxdur. Rəqib hər şeydə bizdən yaxşı idi”.

Qeyd edək ki, İspaniya finalda bu gün baş tutacaq Niderland – İngiltərə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Fanat.Az