Dünya

Yaponiya “yolunu azan” raketi partlatdı, 8 peyk məhv oldu – ANBAAN VİDEO

Yaponiya “yolunu azan” raketi partlatdı, 8 peyk məhv oldu – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) trayektoriyasından çıxan “Epsilon-6” raketini məhv edib. 

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Raket buraxıldıqdan dərhal sonra JAXA agentliyi onu məhv etmək üçün siqnal göndərib. Çünki raketin buraxılışından sonra normal uçuşa mane olan problemlər yaranıb və raket trayektoriyasını dəyişib. “Epsilon-6” raketinin üzərində 8 peyk olub.

Xatırladaq ki, Yaponiya bundan öncə 5 qüsursuz raket buraxılışı həyata keçirmişdi.