Ölkə

Yarım milyonluq avtomobil ilə riskli manevrlər edən sürücü SAXLANILDI

Yarım milyonluq avtomobil ilə riskli manevrlər edən sürücü SAXLANILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

 

7Times.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib: “Faktla bağlı araşdırma aparılır”.

 

Xatırladaq ki, 10-ZY-100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq “Range Rover” markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.