Dünya

“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik” – Türkiyə lideri

“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik” – Türkiyə lideribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”

7Times.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin IV növbədənkənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara terroru mənbəyində qurutmaq strategiyasını davam etdirəcək: “Biz terrorla mübarizəmizi qərarlı şəkildə həyata keçirəcəyik. Qonşularımızla və bölgədəki bütün ölkələrlə problemləri dialoq yolu ilə həll edəcəyik. Yaxın və Orta Şərqdən Qarabağadək axan qanın durması, regionda sabitliyin bərpası üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik”.

Ərdoğan hazırda İsraillə Fələstin arasında yaşanan gərginliyə də münasibət bildirib: “Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq düşünülməmiş addımlardan çəkinməyə çağırırıq”.

Türkiyə lider həmçinin bildirib ki, 2024-cü il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində də prezident seçkilərində olduğu kimi əllərindən gələni edəcəklər: “Xalqımızın bizə göstərdiyi etimadı doğruldacağıq. Son dönəmlərdə ölkəmizin üzərində oynanan oyunların uğursuzluğa düçar olması üçün prezident seçkilərində əllərindən gələni edən hər bir Türkiyə vətəndaşına, partiyamızın üzvlərinə, Cümhur İttifaqında fəaliyyət göstərən hər bir qardaşımıza könüldən təşəkkür edirəm. Zəlzələ səbəbindən yerlə yeksan olmuş şəhərlərimizi yenidən quracaq, təbii fəlakətlər səbəbindən yararsız vəziyyətə düşmüş binaları da bərpa edəcəyik”.