“Yaxın vaxtda müqavimət qüvvələrinin yerləşdiyi Pəncşir əyaləti ilə dinc yolla razılaşma əldə olunacaq”.
7Times.az xəbər verir ki, bu məlumatı “Taliban” hərəkatının nümayəndəsi Zabiulla Mücahid açıqlayıb.
“Pəncşirdə insanlarla əlaqədəyik və nüfuzlu şəxslərlə danışıqlar aparırıq. Danışıqlar yaxın vaxtda problemi müharibəsiz həll edəcəklər. 80% əminəm ki, müharibəyə ehtiyac qalmayacaq. Bizdə olan məlumata görə, yaxın vaxtda dinc yolla razılaşma əldə olunacaq”, – deyə Z. Mücahid “Shamshad News” telekanalına verdiyi müsahibəsində vurğulayıb.
Follow @7timesaz