Cəmiyyət

Yeni ilə xoşbəxt daxil olmaq üçün bunları etməliyik

Yeni ilə xoşbəxt daxil olmaq üçün bunları etməliyikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox inanc sisteminə görə, Yeni ili necə qarşılasaq, bütün təqvim ili boyu o əhvalda olacayıq. Ona görə də xoş ab-havada olmaq olduqca əhəmiyyətlidir.

Bəs Yeni ilə saatlar qalmış xoş əhvalda olmaq üçün nələr etməliyik?

7Times.az  xarici KİV-ə istinadən Yeni ili xoş qarşılamağımız üçün nələr etməli olduğumuzu təqdim edir:

Sevdiklərinizin əhatəsində olun…

Sevdiklərinizin yanında olmaq sizi daha xoşbəxt edəcək. Ona görə də Yeni ili ailə və sevdiyiniz şəxslərlə birgə daxil olmağa çalışın. Bu, əhvalınıza təsir göstərəcək.

Yeni ilin ruhuna uyğun geyinmək..

Şübhəsiz ki, yeni və sevdiyiniz libasları geyinmək sizi daha xoşbəxt və müsbət əhvalda edəcək.

Yeni ilə küs girməməyə çalışın…

Kimsə ilə küs olmaq sizi mənfi auraya sürükləyə bilər. Həmçinin, bu psixologiyanıza da təsir edəcək. Ona görə də kini bir tərəfə buraxaraq barışıq üçün işə keçin. Bu, sizə rahatlıq gətirəcəkdir.

Milad mövzusu olan sevgi dolu və əyləncəli film tapın…

Milad ruhlu filimlərin rəngarəng ab-havası sizi xoşbəxt edəcək və gələcəyə olan ümidinizi artıracaq.