Hadisə

Yeni Qalada gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Yeni Qalada gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 7Times.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.