Manşet

Yoluxma artdı – 1 nəfər öldü

Yoluxma artdı – 1 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.aza verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 337456 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330873 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

Ölkədə son sutka ərzində 9365, hazırkı dövrədək isə 3867916 test aparılıb.