Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 244303 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232228 nəfər müalicə olunaraq sağalıb, 3225 nəfər vəfat edib, aktiv xəstə sayı 8750 nəfərdir.
Ölkədə son sutka ərzində 9776 hazırkı dövrədək isə 2756457 test aparılıb.
Follow @7timesaz