Feysbuk və tvitter platformalarından sonra “Youtube” da ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını bloklayıb.
7times.az xəbər verir ki, şirkət dövlət başçısının Konqresə hücum hadisələrində şiddəti təhrik etdiyi üçün belə addım atıldığını açıqlayıb.
Vurğulanıb ki, Tramp ən azı 7 gün şəbəkəyə video yükləyə bilməyəcək.
Qeyd edək ki, Prezidentin hesabında 2, 77 milyon abunəçisi var.
Follow @7timesaz