Cəmiyyət

Zaurun verilişindəki qadına cinayət işi açıldı – VİDEO

Zaurun verilişindəki qadına cinayət işi açıldı – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovaya qarşı sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi başlanılıb. 

Bunu 7times.az-a DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib:

“Fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, ATV-nin efirindəki çıxışına görə MTRŞ-nın qərarı ilə Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinin 1 günlük yayımı dayandırılıb, telekanal isə cərimələnib.