Dünya

Zelenski səfərbərlik qanununu İMZALADI

Zelenski səfərbərlik qanununu İMZALADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi haqqında qəbul etdiyi qanunu imzalayıb.

 

7Times.az  xəbər verir ki, Ali Radanın saytında sənədlə bağlı deyilir:

 

“Ukrayna prezidentinin imzası ilə geri qaytarılıb”.

 

Qanunun əsas müddəaları imzalandığı tarixdən bir ay sonra – mayın 16-dan qüvvəyə minəcək. Qanunun əsas vəzifəsi səfərbərlik proseslərini gücləndirməkdir.

 

Bununla hərbi qeydiyyat qaydaları formal olaraq sərtləşdirilir, “çağrıdan yayınanlara” qarşı sanksiyalar gücləndirilir və səfərbərlikdən möhlət üçün müddəalar dəqiqləşdirilir.