Dünya

Zelenskinin Azərbaycana dəstəyi Fransanı HİDDƏTLƏNDİRDİ

Zelenskinin Azərbaycana dəstəyi Fransanı HİDDƏTLƏNDİRDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana dəstək bəyanatından sonra Fransanın Vyen şəhərinin meriya binasından Ukrayna bayrağı götürülüb.

7Times.az xəbər verir ki, bu barədə “Dauphine libere” məlumat yayıb.

Vyen şəhərinin meri Tyerri Kovaç meriya binasından Ukrayna bayrağının götürülməsi barədə göstəriş verib. Bununla o, Azərbaycana təşəkkür etdiyi üçün Volodimir Zelenskiyə qəzəbləndiyini göstərməyə çalışıb.

Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığında Bakının enerji sektorunda humanitar yardımı, eləcə də regional təhlükəsizlik, mövcud çağırışlar və əməkdaşlıq formaları müzakirə edilib. Görünür, bu, fransalı meri qəzəbləndirib. Tyerri Kovaç bildirib ki, Zelenski Azərbaycanla eyni mövqeyi paylaşarkən, Qərb dəyərlərinə istinad edə, bu əsasda Qərbdən kömək istəyə bilməz.

News24.az