Minlərlə insanın ölümünə səbəb olan iki zəlzələdən sonra beşinci gündə Türkiyənin cənub-qərbində və Suriyanın şimal-qərbində ən azı doqquz uşaq dağıntılar altından xilas edilib.
7Times.az xəbər verir ki, fəlakət xidmətləri tərəfindən yayımlanan videolarda uşaqların dağıntıların altında günlərlə ac və susuz qaldıqdan sonra möcüzəvi şəkildə sağ qaldığı görünür.