Ölkə

Zərdabda ağacları kəsən şəxslər saxlanıldı

Zərdabda ağacları kəsən şəxslər saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

7Times.az DİN-ə istinadla xəbər verir ki, rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar.

Həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək təbiətə 10 min manatdan çox ziyan vurublar.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.