İdman

Zidan La Liqa klubu ilə anlaşdı

Zidan La Liqa klubu ilə anlaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan “Real Betis”in futbolçusu olacaq. 

Fanat.Az xəbər verir ki, “RMC Sport” bu barədə məlumat yayıb.

Xəbərə görə, çərşənbə günü (yanvarın 10-da) fransız futbolçu atasının müşayiəti ilə yeni klubu üçün tibbi müayinədən keçib.

18 yaşlı müdafiəçi ilə rəsmi müqavilə bu gün (yanvarın 11-də) imzalanacaq.

Elias Real Madrid nəhənginin akademiyasında çıxış edib və o, peşəkar karyerasına “Real Betis”də gənclər komandasında başlayacaq.