İdman

Zinəddin Zidan “Real”dan getdi

Zinəddin Zidan “Real”dan getdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real” klubu baş məşqçisi Zinəddin Zidanla yollarını ayırıb.

7times.azın məlumatına görə, bunu “Kral klubu” açıqlayıb.

Madrid təmsilçisi və fransalı mütəxəssis arasında əməkdaşlığa Zidanın təşəbbüsü ilə xitam verilib. Fasilədən sonra paytaxt təmsilçisinə qayıdan fransalı “Real”la İspaniya çempionatının və Superkubokunun qalibi olub. Son mövsümdə isə madridlilər Çempionlar Liqasının yarımfinalına yüksəlib və La Liqada ikinci olub.

Zidan 2016-18-ci illərdə də kluba rəhbərlik edib. Həmin müddətdə komanda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi adına yiyələnib. Həmçinin İspaniya çempionatı və Superkubokunun, iki dəfə UEFA Superkubokunun və iki dəfə klublararası dünya çempionatının qalibi olub.