ABŞ-ın Məxfi Xidməti arxivlərinin bir hissəsini açıb.
7Times.az xəbər verir ki, 2001-ci il 11 sentyabr terrorunun 20 illik ildönümü münasibətilə heç yerdə dərc olunmayan fotolar işıq üzü görüb.
Terror aktı və ondan sonra çəkilən fotolarda dağıntılar, insanların həyəcanı əks olunub.
Xatırladaq ki, 2001-ci il sentyabr ayının 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.Modern.az
Follow @7timesaz