Cəmiyyət

“110 manat ünvanlı yardım” xəbərləri ilə bağlı – Rəsmi açıqlama

“110 manat ünvanlı yardım” xəbərləri ilə bağlı – Rəsmi açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə “110 manat ünvanlı yardım” almaq üçün “yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb”.

7times.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov öz feysbuk hesabında bildirib.

Qurum rəsmisi məsələyə belə aydınlıq gətirib:

“Əvvəla, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur. Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda “110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur. Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız “məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır. Sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edirik. Vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək”.