Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti vətəndaş qəbulunu keçirib
“7Times.az” xəbər verir ki, qəbul zamanı vətəndaşlar rayon rəhbərliyinə müxtəlif məzmunlu müraciətlər ünvanlayıblar. Səsləndirilən müraciətlər əsasən məşğulluq, səhiyyə xidmətləri, tikinti və digər sosial-məişət məsələləri ilə bağlı olub.
Vətəndaşların müraciətləri Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən diqqətlə dinlənilib.
Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və həmin məsələlər nəzarətə götürülüb.



