Xalq artisti Nazpəri Dostəliyeva erməni evindən fotosunun çıxmasına münasibət bildirib.
7times.az xəbər verir ki, xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Mən xoşbəxt müğənniyəm. Azərbaycan sənətini bütün dünyada sevdirmişəm, hətta düşmənlərimizə belə. Mən bununla fəxr edirəm və düşünürəm ki, hamımız bununla fəxr etməliyik. Mən bir neçə dəfə Almaniyada, İsraildə kliplərimin yayımlanmasını görmüşəm.
Təsadüfən taksidə gedərkən gördüm ki, monitorda kliplərim yayımlanır. Düzdür, çox təəccübləndim və sevindim. Amma bu gün mən təəccüblənmirəm. Bir halda ki Azərbaycan musiqisini bütün ölkəyə sevdirmişəmsə, demirəm ki, Nazpərini sevirlər, özümü xoşbəxt sənətkar hesab edirəm. Bu gün onlarda şəklimin olması məni təəccübləndirmir. Düşünürəm ki, hamımız bununla fəxr etməliyik. Hətta mənfur erməniləri belə diz çökdürmüşük ki, bizim musiqilərə qulaq asır”.
Follow @7timesaz