Yasamal rayonu 19 Saylı şəhər Poliklinikasının Baş həkimi olan Şıxəliyev Əzizağa 63 yaşında dünyasını dəyişib.
7times.az unikal.org-a istinadən xəbər verir ki, o, koronavirus səbəbindən vəfat edib.
Qeyd edək ki, Ş.Əzizağa Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyx Hacı Allahşükür Paşazadənin bacısı oğludur.
Poliklinikanın əməkdaşı report-a bildirib ki, mərhum bülleten götürərək evində müalicə alırmış.
O, ötən həftənin şənbə günü vəfat edib.
Follow @7timesaz