Mədəniyyət

“20 ildir bu sahədəyəm niyə adım yoxdur?”

“20 ildir bu sahədəyəm niyə adım yoxdur?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Zülfiyyə Qurbanova bəzi həmkarlarından şikayətlənib.

OLAY yazır ki, bununla bağlı o, feysbuk hesabında status yazıb. Sənətçi öz sahəsində birlik olmamağından gileylənib:

“Ürəyimdə qalıb məni incidənə qədər deyim, sizi incitsin. Bizimkilər qədər birliyi olmayan, bir-birini dəstəkləməyən, həmfikir olmayan ikinci bir ölkə aktyorları tanımıram. Nə zaman hansısa kanalda aktyorların (çəkiliş, qonorar və s.) problemlərinə toxunan mövzular barədə fikir bildirmişəm. Heç bir zaman paylaşıma belə dəstək xarakterli yazı da yazmayıblar, bəyənməyiblər. Elə bilirsiz görmürlər? Çox gözəl görürlər. Bütün günü sosial şəbəkələrdə oturub başqa ölkənin bizə aid olmayan məişət  söhbətlərini, cəmiyyətimizin lazımlı ve lazımsız bütün məsələlərini status halına gətirib lağ-lağı edə bilirlər amma… Hə, niyə səslərini çıxarmırlar?!

Qorxurlar ki, hansısa rejissor oxuyar, sonra bunları çəkməz. Haradasa onlardan biri ilə rastlaşanda “gördüm çıxışını, razıyam” deyirlər. Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir. Ona görə özümə söz vermişəm bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib müzakirəyə qoşulsam. Ancaq özümə toxunan məsələləri işıqlandıracağam. 20 ildir bu sahədəyəm niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin mükafatlarını demirəm. Yerli proyektlərdə göstərdiyim aktyor işlərindən danışmıram… Havayı heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz nədən danışıram. Hazır oturub axmaq-axmaq söhbətlər edirlər də. Özlərini küçədən kimsə tutub aktyor, aktrisa edib. Elə bilirlər hamı onların günündədir. Xeyr. Mənim kimi əziyyət çəkib öz sahəsinin magistratura pilləsini oxuyanlar da var. Öz istedadının, öz zəhmətinin hesabına”.

Qurbanovanın bu paylaşımına həmkarı Səmimi Fərhad dəstək olub və bu sözləri yazıb:

“Çox tanış səhnədir, mövzudur və  bunun meydanda tək qalmağı var, heç onu demirəm”.